AZ

“Yunayted”in baş məşqçisi vəzifəsinə əsas namizəd odur

ain.az bildirir, Yeniavaz portalına istinadən.

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Maykl Kerrikin “Qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi Darren Fletçeri əvəz etməsi ehtimalı yüksəkdir.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkə səhifəsində bildirib.

Mənbənin məlumatına görə, Kerrik INEOS (“Mançester Yunayted”in idarəçisi olan Britaniya şirkəti) və “Mançester Yunayted” rəhbərliyi ilə uğurla danışıqlar aparıb və hazırda bu vəzifəyə namizədlər siyahısında ilk yerdədir.

“Mançester Yunayted”in bu həftə yeni baş məşqçisini açıqlayacağı gözlənilir.

“Qırmızı şeytanlar”ın baş məşqçisi olmaq üçün favoritlərdən hesab edilən norveçli məşqçi Ule Qunnar Sulşer də qərar gözləyir.

Qeyd edək ki, yanvarın 5-də klub Ruben Amorimin baş məşqçi vəzifəsindən getdiyini elan edib. Portuqaliyalı məşqçi 11 noyabr 2024-cü ildən “Mançester Yunayted”ə rəhbərlik edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
yeniavaz.com

2Mənbələr