AZ

Reydlər: dövlət qulluqçuları da saxlanıldı – 81 nəfər həbs edildi – VİDEO

Türkiyə hüquq-mühafizə orqanları FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən 80-dən çox şəxsi saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, reydlər ölkənin bir sıra şəhərlərində həyata keçirilib.

Səhər saatlarında İstanbul, Ankara, İzmir, Diyarbəkir və Balıkəsirdə keçirilən əməliyyatlar zamanı aralarında dövlət qulluqçularının da olduğu 81 nəfər saxlanılıb.

Nazir qeyd edib ki, FETÖ-yə qarşı əməliyyatlar davam edir.

Seçilən
37
nocomment.az

1Mənbələr