Müğənni Roza Zərgərli son görünüşü ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan estrada ulduzu 13 kiloqram çəki itirdiyini açıqlayaraq, bu nəticəyə sağlam və əməliyyatsız şəkildə nail olduğunu bildirib.
Məşhurluğu ölkə hüdudlarını aşan sənətçi arıqlama prosesi ilə bağlı açıqlamasında hər hansı cərrahi müdaxilə və ya idman proqramına müraciət etmədiyini vurğulayıb. Onun sözlərinə görə, əsas nəticə düzgün qidalanma və nizamlı pəhriz hesabına əldə olunub.
Roza Zərgərli qeyd edib ki, gün ərzində az-az, lakin tez-tez qidalanır:
"Heç bir əməliyyat etdirməmişəm, idman da etmirəm. Sadəcə düzgün pəhriz və qidalanma ilə bu nəticəni əldə etdim. Gün ərzində 5 dəfə, az miqdarda və təxminən iki saatdan bir yemək yeyirəm. Çox işləməyim də təsir göstərir".