AZ

Qurbanovun heyətə çağırdığı 15 yaşlı Əli tanınmış şəxsin oğludur – FOTO

Xəbər verdiyimiz kimi, Qurban Qurbanov “Qarabağ” U-19 komandasının 15 yaşlı üzvü Əli Bəşirovu əsas heyətə çağırıb.

Editor.az  bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, 15 yaşlı futbolçu tanınmış vəkil, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və siyasi şərhçi Xəyal Bəşirovun oğludur. Xəyal Bəşirov tanınmış vəkildir, 2012-ci ildən AR Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyəti ilə məşğuldur.

Qeyd edək ki, 15 yaşlı futbolçu, “Qarabağ” komandasının tərkibində Antalyada keçiriləcək qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb. O, eyni zamanda Azərbaycanın U-16 millisinin də üzvüdür.

Seçilən
10
3
editor.az

4Mənbələr