ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Şəmkirdə yol qəzası olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistral yolun rayonunun Seyfəli kəndi ərazisindən keçən hisəsində qeydə alınıb. Hərəktədə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayanayan "VAZ 21015"ə daha sonra "Ford Fusion" markalı minik avtomobillərinə çırpılıb. Qəzadan sonra "Mercedes" yoldan çıxaraq aşıb. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.