Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu sözləri İran müxalifətinin rəhbəri sayılan şahzadə Rza Pəhləvi özünün "X" hesabında yaydığı videomüraciətdə dilə gətirib. O diqqətə çatdırıb ki, şəhərlərdə mərkəzi küçələri ələ keçirməklə yanaşı rejimin yalan təbliğatından və rabitənin məhdudlaşdırılmasından məsul bütün təşkilatlar da qanuni hədəf sayılmalıdır: "Dövlət işçiləri və təhlükəsizlik qüvvələrinin qarşısında iki yol var: ya xalqa, yaxud xalqın qatillərinə qoşulacaqlar. İranın xaricdəki bütün diplomatik nümayəndəlikləri İslam İnqilabından qabaq işlədilən bayrağı dalğalandırmalıdır".
pic.twitter.com/mZNo2wLlSg
— Reza Pahlavi (@PahlaviReza) January 11, 2026
Rza Pəhləvinin bu çağırışı Britaniyanın paytaxtı London şəhərində yerləşən İran səfirliyində bayrağın etirazçılardan biri tərəfindən dəyişdirilməsi fonunda ünvanlanıb. O vurğulayıb ki, başqa ölkələrdə də oxşar hərəkətləri dəstəkləyir: "Həmin ofislər rejimə yox, İran xalqına məxsusdur".

Tramp: "Ordu hazırlaşır"
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Məlumata əsasən, aksiyalarda indiyədək azı 40 nəfər ölüb, 50-dən çox insan yaralanıb, 2076 aksiya iştirakçısı saxlanılıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran bu hədə-qorxunu pisləyib. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da etirazçıları dəstəklədiyini bildirib. Əli Xamenei ölkədəki iğtişaşdan yaxasını qurtarıb Moskvaya qaçarsa, 2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiq Suriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək. Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb. Eyni zamanda, sonuncu İran şahının oğlu, hazırda ABŞ-də yaşayan Rza Pəhləvi "Fox News" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, müvafiq şərait meydana gələndə İrana qayıtmağa, teokratik hakimiyyətə qarşı mübarizəyə qoşulmağa hazırdır. Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.