ain.az bildirir, Yeniavaz portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşünü istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Evin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Amerika liderinin sözlərinə görə, İran rəhbərliyinin nümayəndələri yanvarın 10-da ona zəng ediblər.
“Görüş təşkil olunmaq üzrədir. İrandan zəng etmişdilər. Onlar danışıqlar istəyirlər”, - Tramp bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.