AZ

İRANDAN ABŞ ın TƏHDİDİNƏ REAKSİYA: Starlink ə girişi əngəlləmək üçün siqnal pozuçular artırılıb

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Trampən İranda 538 nəfərin ölümünə səbəb olan etirazlarla bağlı növbəti müdaxilə xəbərdarlığı, daha sonra isə internet və telefon xətlərinə çıxış üçün Elon Maska "Starlink" xidməti barədə tapşırıq verəcəyi barədə anonsu Tehran rejimini operativ hərəkətə gətirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran rəhbərliyi "Starlink"ə girişi bağlamaq üçün hərbi təyinatlı qurğuları ölkənin müxtəlif bölgələrində aktivləşdirb.

Məlumatda deylir ki, bzi bölgələrə isə əlavə siqnal bloklayan cihazlar yerləşdirməyə başlayıblar.

Xatırladaq ki, İrandakı etirazlarda ən azı 538 nəfər ölüb, 11 minə yaxın insan isə həbs edilib.

Tramp isə son açıqlamasında Amerika ordusunun İrana qarşı hərbi müdaxilə variantlarını öyrəndiyini gizlətməyib: "İran artıq qırmızı xətti keçməyə başlayıb. Ordu da bunu araşdırır və masada çox güclü seçimlərimiz var."

O, İran xalqının internetə çıxışının təminatı ilə bağlı suala isə belə cavab verib: "Maskla danışa və Starlink vasitəsilə ölkədə interneti yenidən aktivləşdirilə bilər".

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
mia.az

1Mənbələr