AZ

“Savaşa da hazırıq, dialoqa da” İran XİN rəhbəri

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçı ölkə daxilində davam edən etirazlar və ABŞ-nin mümkün müdaxilə təhdidləri ilə bağlı açıqlama verib. 

O bildirib ki, 28 dekabrdan bəri davam edən etirazlar ölkədəki ağır iqtisadi böhranın nəticəsidir, lakin son günlər şiddət hadisələri xüsusilə artıb.

Əraqçı ddia edib ki, baş verən zorakılıqlar kənar müdaxilə üçün zəmin yaratmaq məqsədi ilə qızışdırılır. Nazirə görə, silahlı və terror qrupları etirazlara sızaraq həm dinc nümayişçiləri, həm də təhlükəsizlik qüvvələrini hədəf alır və bununla da ölkədə xaosu dərinləşdirməyə çalışırlar.

ABŞ Prezidenti Donald Trampın müdaxiləyə eyham vuran açıqlamalarından sonra etirazların daha qanlı mərhələyə keçdiyini deyən Əraqçı, bunun məqsədinin İrana qarşı mümkün xarici müdaxiləyə bəhanə yaratmaq olduğunu vurğulayıb.

ABŞ-nin təhdidlərinə cavab olaraq isə Əraqçı “Savaşa da hazırıq, dialoqa da” mesajını verib. O, həmçinin ölkədə tətbiq olunan internet məhdudiyyətləri ilə bağlı açıqlama verərək, təhlükəsizlik qurumları ilə koordinasiya əsasında internet xidmətinin mərhələli şəkildə bərpa ediləcəyini bildirib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
azpolitika.info

1Mənbələr