AZ

Dəfnə yarpağının bilmədiyimiz FAYDALARI

Mətbəxdə əsasən yeməklərə dad vermək üçün istifadə olunan dəfnə yarpağı əslində sağlamlıq baxımından olduqca faydalı bitkilərdən biridir.

Paralel.az xəbər verir ki , mütəxəssislərin fikrincə, bu yarpağın tərkibindəki təbii maddələr bir çox problemin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Həzm sistemini gücləndirir

Dəfnə yarpağı mədə fəaliyyətini tənzimləməyə kömək edir, şişkinlik və qaz problemini azalda bilər. Xüsusilə yeməkdən sonra dəfnə yarpağı dəmləməsi həzmi yüngülləşdirir.

İmmuniteti möhkəmləndirir

Antioksidantlarla zəngin olan dəfnə yarpağı orqanizmi infeksiyalardan qorumağa kömək edir. Mövsümi soyuqdəymə və viruslara qarşı müqaviməti artıra bilər.

Şəkər balansına dəstək olur

Araşdırmalara görə, dəfnə yarpağı qan şəkərinin tənzimlənməsində faydalı ola bilər. Bu xüsusiyyəti ilə diabet riski olan şəxslər üçün diqqət çəkir.

Stress və yuxusuzluğa qarşı təsirlidir

Dəfnə yarpağının tərkibində sakitləşdirici təsirə malik efir yağları var. Onun qoxusu sinir sistemini rahatladaraq stressi azalda və yuxu keyfiyyətini yaxşılaşdıra bilər.

Oynaq və əzələ ağrılarını azaldır

Dəfnə yarpağından hazırlanan yağ və ya dəmləmə masaj üçün istifadə edildikdə ağrıların azalmasına kömək edə bilər.

Dəri və saç sağlamlığına faydalıdır

Dəfnə yarpağı dəri iltihablarını azaltmağa, saç tökülməsinin qarşısını almağa və saç dərisini gücləndirməyə kömək edir. (Metbuat.az)

Seçilən
50
3
paralel.az

10Mənbələr