AZ

Tələbənin vəfatı ilə bağlı dövlət qurumları araşdırmaya başladı

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb.

Milli.Az xəbər verir ki, 12 yanvar 2026-cı il tarixində Bayramov Röyal Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşmiş və huşunu itirərək yıxılmışdır. Hadisə dərhal qeydə alınmış, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılmışdır. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır.

Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaqdır.

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Aysel

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
news.milli.az

8Mənbələr