AZ

Şahçılar Torontoda milli fəalı döydülər

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kanadanın Toronto şəhərində İranda davam edən etiraz aksiyalarına dəstək mitinqində bu ölkədə yaşayan milli fəal Yaşar Həkkakpuru milli hüquqlarla bağlı şüarlar səsləndirdiyinə görə döyərək yaralayıblar.

Axar.az xəbər verir ki, bu haqda sosial media şəbəkəsində məlumat və videolar yayılıb.

Mühacirətdə yaşayan azərbaycanlı fəalı döyən pəhləviçilər onun “separatçı” və “pantürkist” olduğunu idda iddia ediblər.

Yaralı vəziyyətdə çıxış edən Həkkakpur azərbaycanlılara müraciət edərək, bunu şahçıların İrana və İranda yaşayan xalqlara gətirmək istədikləri “demokratiya”nın nümunəsi olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
axar.az

2Mənbələr