AZ

Putinin “mıxını çaldığı” dəmir yolu rüsvayçılığı Video

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2011-ci ildə Tuva Respublikasının Kızıl şəhərində əsası qoyulan 401 km-lik Kızıl-Kuragino magistral dəmir yolu xətti hələ də yarımçıq qalıb.

Axar.az xəbər verir ki, o dövrdə Baş nazir olan Vladimir Putin dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak etmiş və simvolik mismarı şəxsən özü vurmuşdu.

Lakin üzərindən 15 ilə yaxın vaxt keçməsinə baxmayaraq, həmin dəmir yolu xətti hələ də yarımçıq qalıb.

Rusiya hökuməti Kızıl-Kuragino dəmir yolu xəttinin maliyyə çətinlikləri və iqtisadi böhran səbəbindən inşa olunmadığını və layihənin təxirə salındığını əsas gətirib.

2011-ci ildən yarımçıq qalan dəmir yolu xətti uzun müddətdir sosial şəbəkə istifadəçilərinin gülüş hədəfinə çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
axar.az

1Mənbələr