
"Heç kim bizə nə edəcəyimizi diktə edə bilməz".
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu sözləri Kuba Prezidenti Miqel Diaz-Kanel ABŞ Prezidenti Donald Trampın Vaşinqtonla "razılaşmaq" çağırışına cavab olaraq bildirib.
Diaz-Kanel Kubanın təcavüzkar dövlət olmadığını bildirib və ölkənin 66 ildir ABŞ-nin təcavüzünə məruz qaldığını qeyd edib. O, əlavə edib ki, Kuba azad, müstəqil və suveren bir ölkədir.
O, xalqının vətənlərini son damla qanına qədər müdafiə etməyə hazır olduğunu vurğulayaraq, heç kimin ölkəni təhdid edə bilməyəcəyini qeyd edib.
İlahə Qənbərli
Missiya.Az