AZ

Allah çoxdan ölüb, Xamenei isə hələ də sağdır Vilders

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Niderlandın Azadlıq Partiyasının sədri Geert Vilders İranda davam edən ümumxalq etirazlarından danışarkən, ölkəni Ali rəhbəri Əli Xameneini hədəfə alıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, X-də yazıb.

Vilders ABŞ Prezidenti Donald Trampa müraciətində bildirib ki, o, Qrenlandiya əvəzinə İrana diqqət ayırmalıdır:

“Allah İranda çoxdan ölüb, amma təəssüf ki, Ayətullah Xamenei isə hələ də sağdır. Onun şər qüvvələri hazırda azadlıq uğrunda mübarizə aparan gənc və cəsur iranlıları qətlə yetirir. Bu, qətiyyən qəbuledilməzdir. Trampa mesajım budur: Qrenlandiya əvəzinə İranı seç”, - niderlandlı siyasətçi qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
axar.az

4Mənbələr