AZ

Ağ Ev təlaş içində: Trampı öldürmək istəyiblər

ABŞ-nin Prezidenti Donald Trampın Florida ştatında hava limanına gedərkən istifadə etdiyi marşrutda “şübhəli obyekt” aşkarlandığı üçün yolun dəyişdirildiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Leavitt Trampın Palm Biç Beynəlxalq Hava Limanına çatmasından əvvəl həyata keçirilən təhlükəsizlik yoxlamaları zamanı “şübhəli obyekt”in aşkarlandığını açıqlayıb.

Leavitt obyektin nə olduğu barədə məlumat verməyərək bildirib:

“Əlavə araşdırma aparılmasına ehtiyac duyuldu və prezident kortejinin marşrutu buna uyğun olaraq dəyişdirildi”.

ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi də ikinci marşrutun ehtiyat tədbiri məqsədilə seçildiyini və bu dəyişikliyin “standart protokol” çərçivəsində həyata keçirildiyini qeyd edib.

Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahından yerli vaxtla saat 18:20-də ayrıldığı və adətən təxminən 10 dəqiqə çəkən hava limanı səfəri üçün şəhər daxilində dolaşıq bir marşrut izlədiyi bildirilib.

Yol boyunca motosikletli polis əməkdaşlarının kortej üçün təhlükəsizlik zolağı yaratdığı, bu zaman Trampa müşayiət edən avtomobillərin toqquşma riski ilə üzləşdiyi qeyd olunub.

Bundan əlavə, “Air Force One” təyyarəsinin hava limanında adət olunmamış bir nöqtəyə park edildiyi və xarici işıqlarının söndürülmüş vəziyyətdə saxlanıldığı bildirilib.

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr