AZ

Küçükçekmece Cümhuriyyət Baş Prokurorluğu Mənsimovun istintaqa cəlb edilmədiyini açıqladı

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İstanbulun Küçükçekmece Cümhuriyyət Baş Prokurorluğu mətbuat üçün rəsmi açıqlama yayıb.Newscenter.az-ın "Palmali" Şirkətlər Qrupuna istinadən verdiyi xəbərə görə, açıqlamada 09.01.2026 tarixində bəzi media orqanlarında Mübariz Mənsimovun adının “Ekol TV” ilə bağlı çirkli pulların yuyulması iddiaları çərçivəsində hallandırılmasının həqiqətə uyğun olmadığı qeyd edilib. Bildirilib ki, yayılan məlumatlar tamamilə əsassızdır. "Qeyd olunan xəbərlərdə, Ekol TV üzərindən çirkli pulların yuyulması iddiası ilə başlanan istintaqda guya əsas şübhəli şəxs Veysel Şahinlə yanaşı Mübariz Mansimov, İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çetin və vəkil Ersan Şen də daxil olmaqla 12 nəfərin yer aldığı dosyenin səlahiyyətsizlik qərarı ilə İstanbul Respublika Baş Prokurorluğuna göndərildiyi iddia olunmuşdur.Bildirilən bu məlumatlar reallığı əks etdirmir. Sözügedən iddialar həqiqətə uyğun deyil",-deyə açıqlamada vurğulanır.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
1
newscenter.az

2Mənbələr