AZ

Bakıda məşhur restoranın tavanı çöküb, işçilər yaralanıb

ain.az, Azpost portalına istinadən məlumat yayır.

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” restoranında tavan çöküb.

Gününsəsi.info-xəbər verir ki, restoranın tavanının çökməsi nəticəsində orada çalışan işçilər xəsarət alıblar.

Xəsarət alan əməkdaşlar xəstəxanaya çatdırılıblar. Bildirilir ki, yaralı əməkdaşların başına tikiş qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Özünü restoranın administratoru kimi təqdim edən Sani Quliyev faktı təsdiq edib. O deyib ki, hadisə zamanı bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
4
azpost.info

10Mənbələr