Bakı. Trend:
Çinin Ticarət Nazirliyi Avropa Birliyi ilə (Aİ) Çin elektriklinəqliyyat vasitələri ixracatçılarının Aİ bazarına daxil olması üçünqaydalara ehtiyac barədə razılığa gəldiyini açıqlayıb.
Trend bu barədəxarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, Aİ elektrikli nəqliyyat vasitələri üçün minimumqiymət planlarını “obyektiv və ədalətli şəkildə, ayrı-seçkiliyə yolverilməməsi prinsipi və Ümumdünya Ticarət Təşkilatının müvafiqqaydalarına uyğun olaraq” əks etdirən sənəd dərc edəcək.
Pekin bu irəliləyişi ikitərəfli məsələlərin dialoq yolu iləhəllinə hazır olduğunu və iqtisadi-ticarət əlaqələrinin sağlaminkişafını təmin etmək niyyətini göstərən addım kimiqiymətləndirib.
Qeyd edək ki, Çin və Aİ arasında elektromobillərlə bağlıgərginlik Aİ-nin Çini yerli istehsalçılara “ədalətsiz” subsidiyalarverməkdə ittiham etməsindən sonra yaranıb. Aİ bu üstünlüklərinAvropa istehsalçıları ilə rəqabəti pozduğunu bildirərək 2024-cüilin dekabrında Çindən elektromobil idxalına kompensasiya rüsumlarıtətbiq edib.