Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Volqoqrad vilayətinin Jirnovsk şəhərində həkimlər 13 yaşlı qıza süd vəzisində irinli iltihab (abses) müalicəsi üçün kələm yarpağı qoymağı tövsiyə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə "V1.ru" portalı məlumat yayıb.
Məktəbliyinin anası bildirib ki, qıza xəstəxanaya müraciət etməyə səbəb döşdə yaranan ağrılar olub. Növbətçi pediatr yeniyetməyə antibiotiklər yazıb və evə göndərib. Bir gün sonra qızın vəziyyəti pisləşib və ana onu özəl klinikaya aparıb, burada UZİ müayinəsi edilib. Ana iddia edir ki, UZİ nəticələrinə əsasən qızında süd vəzisində abses (irinli iltihab) diaqnozu qoyulub.
Valdeynin sözlərinə görə, həkim ona deyib ki, narahat olmayın, kələm yarpağı qoyun, antibiotikləri için və 2 gün sonra 100 faiz yaxşılaşacaq.
Bu söhbətdən sonra qızın vəziyyəti daha da pisləşib. Ana Kamışin uşaq xəstəxanasına zəng edib və qızı yönləndirmə olmadan təcili qəbul ediblər. Orada məktəbli qız əməliyyat olunub.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.