Ukrayna Prezidenti Volodimir Zelensky Ali Radaya hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini təqdim etdi.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna müvafiq olaraq 14366 və 14367 nömrəli qanun layihələrinə istinadən məlumat verib.
Sənədlərdə Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin 3 fevral 2026-cı il saat 5:30-dan 3 may 2026-cı ilə qədər 90 gün uzadılması təklif olunur.
Qanun layihələri baxılmaq üçün Ali Radaya təqdim edilib. Təsdiqlənərsə, onlar Ukraynada mövcud təhlükəsizlik tədbirlərini və səfərbərlik proseslərini davam etdirəcək.
QAZİLER.AZ