AZ

“Oleq Bakinski” də amnistiyaya düşdü

Azərbaycanda xuliqanlıqda ittiham olunan ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinə Amnistiya aktı şamil olunub.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu barədə  vəkili Xeyransa Babayeva məlumat yayıb.

Ədliyyə Nazirliyi Probasiya xidmətinin bununla bağlı təqdimatına Xətai rayon məhkəməsində baxılıb. Məhkəmə onu şərti cəzadan azad edib.

Oleq Krapivinlə birgə ittiham olunan Konstantin Kuçerin də Amnistiyaya düşəcəyi gözlənilir. Onunla bağlı Probasiya xidmətinin təqdimatına da məhkəmədə baxılacaq.


Telegram kanalımız
Seçilən
84
6
yenisabah.az

10Mənbələr