AZ

FHN ötən həftə 37 nəfəri xilas edib

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Məlumatı nazirliyin mətbiat xidməti yayıb. 

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən həftə ərzində 213 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 14-ü azyaşlı olmaqla 37 nəfər xilas edilib, 10-u azyaşlı olmaqla 25 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 7 nəfər tüstüdən zəhərlənib, hadisələr zamanı 8 nəfər həyatını itirib.

P.ƏMİRCANOVXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
18
xalqqazeti.az

10Mənbələr