AZ

Putin bununla Avropa liderlərinə mesaj verdi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putin Avropa liderlərinə mesaj verib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“Putin Avropa liderlərinə orta mənzilli ballistik raketdən istifadə edərək qitənin istənilən yerinə zərbə endirə biləcəyini nümayiş etdirdi. Söhbət “Oreşnik” raketlərindən gedir. Bununla da o, “oğurlanma” ehtimalını da faktiki olaraq aradan qaldırır”, – deyə bildirilib.

Qeyd edək ki, Britaniya müdafiə naziri Con Heyli “Oreşnik” raket hücumundan sonra hava hücumu xəbərdarlığı zamanı Lvov yaxınlığında olduğunu bildirmişdi. O, bunun ciddi təcrübə olduğunu əlavə etmişdi.

Xatırladaq ki, yanvarın 11-də Britaniyanın müdafiə naziri Rusiya Prezidenti Vladimir Putinin Venesuela lideri Nikolas Maduro kimi “oğurlanmasının” tərəfdarı olduğunu demişdi.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr