BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin dekbar ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,02 faiz artaraq, 5 milyon 638 min 25 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 2 milyon 23 min 255 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz azalaraq 3 milyon 614 min 770 nəfər təşkil edib.
2025-ci ilin dekabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 67 min 65 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 16 min 734 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 5 faiz azalaraq, 50 min 941 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin dekabr ayı ilə müqayisədə 3 faiz artaraq, 50 min 138 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq, 25 min 273851 beynəlxalq reyslər üzrə isə 1 faiz azalaraq 24 min 287 olub.
2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.