AZ

Azərbaycan qazının builki büdcə qiyməti açıqlandı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən təbii qazın 1 000 kubmetrinin qiyməti BP şirkətinin təqdim etdiyi məlumata əsasən, 440 ABŞ dolları götürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 198 ABŞ dolları və yaxud 81,8 % çoxdur.

“Azeri Light” markalı Azərbaycan neftinin büdcə qiyməti isə əvvəlcədən elan olunduğu kimi 5 ABŞ dolları azaldılaraq 70 ABŞ dollarından 65 ABŞ dollarına endirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
10
globalinfo.az

10Mənbələr