Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı "Arsenal"ın sabiq futbolçusu, son olaraq "Fiorentina"nın formasını geyyinən Pablo Marini heyətinə qatıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbat xidməti məlumat yayıb.
32 yaşlı mərkəz müdafiəçisi ilə 6 aylıq müqavilə imzalanıb. Müqavilədə əməkdaşlığın daha 1 mövsümlük uzadılması variantı da var. .
Qeyd edək ki, Pablo Mari 2025-ci ilin yanvar ayından "Fiorentina"da oynayırdı. Bu mövsüm o, İtaliya klubunda bütün yarışlarda 16 oyun keçirib. Müdafiəçi karyerası ərzində həmçinin "Arsenal", "Flamenqo", "Udineze", "Monza" və İspaniyanın bir sıra komandalarında da oynayıb.