Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan İlahiyyatçı Ağa Hacıbəyli deyib ki, Azərbaycanda yas mərasimləri ilə bağlı son illər aparılan təbliğatın müsbət nəticələri tədricən özünü göstərir. Müxtəlif rayon və bölgələrdə bu mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq keçirilməsi ilə bağlı xoş xəbərlər eşidilir:
Qeyd olunur ki, bu məsələnin tam şəkildə həlli yalnız qanunlarla mümkün deyil. Daha çox maarifləndirmə, düzgün izah və mədəni dəvət yolu ilə insanlar bu dəyərləri qəbul etməli və dərk etməlidirlər. Qanun vacib olsa da, insan onu anlayaraq qəbul etdikdə daha düzgün tətbiq edir. Eyni zamanda diqqətə çatdırılır ki, israf problemi təkcə yas mərasimləri ilə məhdudlaşmır. Toy məclislərində baş verən israf çox zaman yas mərasimlərində ediləndən qat-qat artıq olur. Əgər məqsəd doğrudan da israfın qarşısını almaqdırsa, bu məsələyə kompleks yanaşmaq və bütün mərasimləri əhatə edən islahatlara ehtiyac var.
Din xadimlərinin də bu mövzuda düzgün mövqe ortaya qoymasının vacibliyi vurğulanır. Bildirilir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə yas mərasimləri sadə formada, üç gün ərzində keçirilir, əsas diqqət isə yas sahibinə dəstək olmağa yönəlirdi. Zamanla formalaşan bəzi adətlərin bu mahiyyəti dəyişdirdiyi qeyd olunur. Ümid edirik ki, aparılan təbliğat və maarifləndirmə nəticəsində cəmiyyət bu dəyərləri yenidən mənimsəyəcək və yas mərasimləri öz mahiyyətinə uyğun şəkildə keçirilməyə başlayacaq", - ilahiyyatçı yekunlaşdırıb.