Bəs bu tip ardıcıl zəlzələlər daha güclü yeraltı təkanların xəbərçisi sayıla bilərmi?
Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, hazırkı vəziyyət narahatlıq doğurmur:
"Azərbaycanda hər gün müxtəlif sayda yeraltı təkanlar qeydə alınır. Bu təkanların bəziləri hiss olunsa da, ümumiyyətlə qorxuya əsas yoxdur. Dünən axşamdan bu gün səhər saat 9-a qədər 32 yeraltı təkan baş verib. Onların heç biri hiss olunmayıb. Yaxın günlər üçün də güclü, dağıdıcı zəlzələ ehtimalı gözlənilmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31