Ukraynanın hava hücumundan müdafiə sistemi ciddi resurs çatışmazlığından əziyyət çəkir və hətta Kiyevdə hücumları tam dəf edə bilmir.
Herbiand.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Almaniyanın “Bild” nəşrinə verdiyi şərhdə bildirib.
O, deyib ki, ölkəyə təcili olaraq əlavə hava hücumundan müdafiə sistemləri lazımdır: “Biz görürük ki, hava hücumundan müdafiə sistemimizin hətta Kiyevə edilən hücumları dəf etmək üçün həqiqətən lazımi resursları yoxdur”.
Bəxtiyar CƏFƏRLİ