AZ

KOBİA Zərdabda sahibkarları dinlədi (FOTO)

Bakı. Trend:

Tədbirdə Zərdab rayonunda dövlət dəstəyi alətlərindən istifadəolunmaqla biznes potensialının reallaşdırılmasına dair müzakirələraparılıb, sahibkarların təklifləri dinlənilib.

Trend xəbərverir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)təşkilatçılığı və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilərayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Tədbirdə kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, gülçülük,ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 130-dan çoxsahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirakediblər.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə vəKOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadipotensialı, sahibkarlıq fəaliyyəti və əlverişli işgüzar mühit,həmçinin biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədəməlumat verib. Qeyd olunub ki, Zərdab rayonunda kənd təsərrüfatı vəheyvandarlıq aparıcı yer tutur. Əkinçilik, taxılçılıq, baramaçılıq,balıqçılıq rayonun ənənəvi fəaliyyət istiqamətlərindəndir. Rayonunrelyefi, Kür çayı və onun üzərində formalaşmış suvarmasistemlərinin yaxınlığında yerləşməsi kənd təsərrüfatı üçünəlverişli coğrafi şərait yaradır, bu da onun iqtisadi potensialınıgücləndirir. Bu imkanlardan istifadə etməklə Zərdabda biznes qurmaqvə fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstəkmexanizmlərindən faydalana bilərlər.

Görüşdə güzəştli kreditlərin verilməsi, soyuducu anbarlarınsayının artırılması, ictimai-iaşə obyektində uşaq əyləncəmərkəzinin tikintisi ilə bağlı sənədləşmə, qrant müsabiqələrindəiştirak, məişət sertifikatının alınması, taxılçılıq sahəsi üçünsüni suvarma sistemlərinin qurulması və s. məsələlər müzakirəedilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib,sualları cavablandırılıb.

Zərdab rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri sahibkarEmil Məlikzadənin tikiş sexində və “Zəfər X” MMC-nın plastik vətaxta qapı-pəncərə istehsalı müəssisəsində də olublar. Müəssisələrilə tanışlıq zamanı sahibkarların gələcək planlarınınreallaşdırılması üçün dövlət dəstəyi alətləri barədə fikirmübadiləsi aparılıb.

KOBİA
KOBİA
KOBİA
KOBİA
KOBİA
Seçilən
61
7
az.trend.az

8Mənbələr