“Sumqayıt” Antalya toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi Serbiyanın “OFK Belqrad” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 16.30-da başlayacaq.
Xatırladaq ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5 hesabı ilə uduzub. Komanda Türkiyədə daha 1 yoxlama oyununa çıxacaq - yanvarın 16-da Xorvatiya “Osiyek”i ilə üz-üzə gələcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta