AZ

Ali təhsildə beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində ali təhsildə beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb. Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il rəyində bildirilib.

2026-cı ildə bu proqramların icrası üçün ümumilikdə 32,8 milyon manat vəsait nəzərdə tutulub. Bunun 8,7 milyon manatı 2019–2023-cü illər üzrə tamamlanan proqramların yekunu üçün, 24,2 milyon manatı isə 2025–2030-cu illərin qəbulu üzrə yeni proqramların maliyyələşdirilməsi üçün ayrılıb.

İlham Əliyevin 22 iyul 2025-ci il sərəncamı ilə mövcud və yeni tətbiq ediləcək ikili diplom proqramlarının maliyyələşdirilməsi Fond tərəfindən təmin edilir.

Aytac Zeynalova

 

 

Seçilən
14
1
anews.az

10Mənbələr