
Fransanın "Sent Etyen" klubu Azərbaycan millisinin və "Qarabağ" futbolçusu Elvin Cəfərquliyevi transfer etmək istəyir.
AFN.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Qeyd olunur ki, 25 yaşlı sol cinah müdafiəçisi 2025-ci ildə ölkədə ən yaxşı futbolçu seçilib və bu mövsüm sabit çıxışı ilə diqqət çəkib.
Həmçinin bildirilib ki, Fransa klubu Elvin Cəfərquliyevə 3 illik müqavilə təklif edib.
Transfer hələlik şayiə xarakteri daşıyır, lakin razılıq əldə olunarsa, o, Liqa 2 təmsilçisi üçün dərhal etibarlılıq gətirə biləcək təcrübəli gücləndirmə hesab olunur.