1988-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozları təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində 2026-cı il 11 yanvar tarixində mina hadisəsi baș verib. Kərimov Elvin adlı şəxs minaya düşün və o, rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.
"Cebheinfo.az"