Bakı.Trend:
Azad olunan ərazilərdə yanvarın 5-dən 11-ə qədər 25 tankəleyhinə mina, 152 piyada əleyhinə mina, 636 partlamamış hərbisursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbərverir ki, bu barədə ANAMA-nın azad edilmiş ərazilərdə həyatakeçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlikməlumatında deyilir.
Məlumata əsasən 875,1hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət SərhədXidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlıvə Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azadedilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıkəndlərində həyata keçirib.