AZ

Türkiyədə serial çəkilişlərinə qadağalar tətbiq olundu: Bundan sonra...

Türkiyədə teleserial və filmlərin çəkilişi üçün yeni qaydalar təsdiqlənib. Bu, İstanbul ərazisində aparılan çəkilişlərə aiddir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nəqliyyat, çəkiliş heyətinin iş saatları və məkanlar arasındakı məsafələrə məhdudiyyətlər qoyulacaq.

Yeni qaydalar çəkiliş qruplarının işini sadələşdirmək və şəhər infrastrukturuna düşən yükü azaltmaq üçün hazırlanıb. Qaydalara əsasən, İstanbul əhali sıxlığına və nəqliyyatın hərəkətinə əsasən üç çəkiliş zonasına bölünüb.

Birinci, ən işlək zonada çəkiliş qruplarına yeddidən çox nəqliyyat vasitəsindən istifadə etməyə icazə verilir. Qışda işlər gecə yarısına, yayda isə saat 01:00-a qədər başa çatdırılmalıdır. İkinci zonada isə oxşar vaxt məhdudiyyətləri ilə limit on nəqliyyat vasitəsinə qədər artırılır. Üçüncü zonada nəqliyyat vasitələrinin sayına heç bir məhdudiyyət yoxdur və çəkiliş cədvəli çevik olaraq qalır. Bundan əlavə, gecə çəkilişlərinə icazə verilən yerlərdə xüsusi məkanlar ayrılacaq.

Seçilən
106
4
publika.az

5Mənbələr