AZ

"Qızıl Qlobus" sahiblərinə təqdim olundu – FOTO

Los-Ancelesdə "Qızıl Qlobus" mükafatlarının təqdimetmə mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, naminasiyaların sayına görə gecənin lideri Pol Tomas Andersonun aktyorları Leonardo Di Kaprio və Şon Pennin rol aldığı "Döyüş döyüşə qarşı" filmi olub.
 

Ekran işi ümumilikdə doqquz nominasiyada qalib olub. Seriallar arasında isə ən çox nominasiyanı qazanan "Ağ Lotus" olub. Ekran işi altı nominasiyada birinci seçilib.


Tədbirdə xüsusi mükafatlara Helen Mirren və Sara Cessika Parker layiq görülüb.

Qaliblərin siyahısını təqdim edirik:

"Ən yaxşı film" (dram) - "Hamnet"

"Ən yaxşı film" (musiqili komediya) - "Döyüş döyüşə qarşı"

"Ən yaxşı rejissor" - Pol Tomas Anderson ("Döyüş döyüşə qarşı")

"Ən yaxşı ssenari" - Pol Tomas Anderson ("Döyüş döyüşə qarşı")

"Ən yaxşı aktyor" (dram) - Vaqner Moura ("Gizli agent")

"Ən yaxşı aktrisa" (dram) - Cessi Bakli ("Hamnet")

"Ən yaxşı aktyor" (musiqili komediya) -Timoti Şalame, “Möhtəşəm Marti”

"Ən yaxşı aktrisa" (musiqili komediya) - Rouz Birn ("Bacarsaydım, səni təpikləyərdim")

"Ən yaxşı ikinci plan aktyoru" - Stellən Skarsqard, “Sentimental dəyər”

"Ən yaxşı ikinci plan aktrisası" - Teyana Teylor ("Döyüş döyüşə qarşı")

"Ən yaxşı beynəlxalq film" - "Gizli agent"

"Ən yaxşı animasiya filmi" - "Key-pop: Demon ovçuları"

"Ən yaxşı orijinal saundtrek" - "Golden" ("Key-pop: Demon ovçuları")

"Ən yaxşı mahnı" -  Lüdviq Göransson ("Günahkarlar")

"Ən yaxşı teleserial" (dram) - "Pitt"

"Ən yaxşı teleserial" (musiqili komediya) - "Kinostudiya"

"Ən yaxşı televiziya filmi / serial / mini-serial" - "Keçid yaşı"

"Dramatik serialda ən yaxşı aktyor" - Noa Uayli ("Pitt")

"Dramatik serialda ən yaxşı aktrisa" - Rey Sihorn ("Çoxlarından biri")

"Musiqili komediya serialında ən yaxşı aktyor" - Set Roqen ("Kinostudiya")

"Musiqili komediya serialında ən yaxşı aktrisa" - Cin Smart ("Hiylələr")

"İkinci plan üzrə ən yaxşı aktrisa" - Erin Doerti ("Keçid yaşı")

"İkinci plan üzrə ən yaxşı aktyor" - Ouen Kuper ("Keçid yaşı")

"Mini-serial / antologiya / televiziya filmində ən yaxşı aktrisa" - Mişel Uilyams ("Seks istədiyim kimi ölmək")

"Mini-serial / antologiya / televiziya filmində ən yaxşı aktyor" - Stiven Qrem ("Keçid yaşı")

"Ən yaxşı kinematoqrafik hadisə" - "Günahkarlar". (Axsam.az)




























































Bizim.Media

Seçilən
12
1
bizim.media

2Mənbələr