Bakı. Trend:
Hər birimizin həyatında qorxular olur – qaranlıq, hündürlük,imtahandan... Bəzən bu qorxular o dərəcədə güclənir ki, gündəlikhəyatımızı, sosial münasibətlərimizi və hətta evdən çıxmağımızıbelə çətinləşdirir. Məhz bu zaman adi qorxu fobiyaya çevrilir.
Trend xəbərverir ki, qorxu ilə fobiya arasındakı fərq, fobiyaların necəformalaşdığı, genetik və ətraf mühit faktorlarının rolu, ən çoxrast gəlinən növləri, eləcə də uşaqlar və böyüklərdə müalicəüsulları barədə suallarımızı Səhiyyə Naziriyi Sanator-KurortReabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədovacavablandırır.
- Fidan xanım, fobiya haqqında məlumat verərdiniz. Fobiyanədir?
- İlk öncə onu deyim ki, xarici təhlükələrə qarşı göstərdiyimizemosional reaksiyamıza qorxu deyilir. Fobiyalar da bu qorxunun birversiyasıdır. Fobiyası olan insanlara fobik deyilir. Bu, insanlardatez-tez rast gəlinən narahatlıq pozğunluqlarındandır. Qorxu bir növxəbəredici mexanizmdir. Şəxsin rahatlaşa bilməməsi nəticəsindəqorxu və narahatlıq get-gedə artır və bu vəziyyət təşvişə yol açabilər. Təşviş şəxsin gündəlik həyatına mənfi təsir göstərir.Beləliklə, qorxu və xəbərdarlıq mexanizmi olaraq adlandırdığımızqorxu fobiyaya çevrilir. Fobiya qorxudan formalaşır – bizqorxularımızı azaltmadıqca, onlar böyüyür və fobiyaya keçir.
Bəzən qorxu ilə fobiyanı qarışdırırlar. Qorxu öhdəsindən gəlməkmümkün olan təcrübə əsasında qazanılmış bir hissdir. Fobiya isəaradan qaldırılması qeyri-mümkün olan qorxu hissidir. Məsələn,insan hansısa bir heyvandan qorxur. Həmin heyvanın yanındanqorxaraq da olsa qaçırsa – bu qorxudur. Əgər insan həmin heyvanıgörəndə yolunu dəyişir, bir müddətdən sonra evdən çıxmamağabaşlayır, sosial həyatından təcrid olunur – bu halda artıq qorxufobiyaya çevrilib.
- Fobiyanın yaranma səbəbi nədir?
- Fobiyanın ən geniş yayılmış yaranma səbəbləri arasında genetikvə ətraf mühit faktorlarını göstərmək olar. Fobik pozuntularvalideynləri xasiyyətcə narahat və həyəcanlı olan uşaqlarınailələrində daha çox baş verir. Onlar tərbiyə prosesində uşağa özqorxu və həyəcanını ötürürlər. Zəngin təxəyyülə malik, emosionalcəhətdən həssas olanlar fobiyaya daha çox meyillidirlər. Bundanbaşqa, xroniki sağlamlıq problemləri yaşayan, travma keçirmiş və yauzun müddətli stress altında olan şəxslərdə də müxtəlif fobiyalarortaya çıxa bilər.
- Fobiyalar hansı yaş dövrlərində müşahidə olunur və nə kimiəlamətlərlə özünü göstərir?
- Fobiyalar hər yaş dövründə müşahidə edilə bilər. Maraqlıdırki, yaşlılarda nadir hallarda aşkar olunur – ehtimal ki, həyatabaxışın sadələşməsi qorxuların aradan qalxması ilə nəticələnir.Daha çox uşaqlıq və yeniyetməlik dövrlərində rast gəlinir. Müalicəolunmadıqda bu fobiyalar 45-50 yaşlarına qədər davam edə bilər.Kişilərə nisbətən qadınlarda daha çox müşahidə edilir.
Əlamətləri arasında titrəmə, soyuq tər, ürək döyüntüsü, üzünqızarması, üzdə qaşınma və ya yanma hissi, nəfəs darlığı, udqunmadaçətinlik, ağızda quruluq, bayılma, boğulma hissi, əsəb krizi, şok,şüur itkisi, mədə bulantısı və s. kimi hallar var.
- Fobiyaların hansı növləri var?
- Fobiyaların 300-dən artıq növü var. Onlar 3 qrupa bölünür:fəza (məkan) fobiyaları, sosial fobiyalar və spesifikfobiyalar.
Fəza fobiyalarına aqorafobiya (küçə, meydan, bazar, teatr kimiictimai yerlərdən qorxma) və klaustrofobiya (qapalı məkanlar, lift,tunel kimi yerlərdən qorxma) daxildir. Aqorafobiya ən çoxqadınlarda və gənc yaşlarda müşahidə olunur. Klaustrofobiyadainsanlar nəfəs ala bilməməkdən və ya orada ömürlük qalmaqdanqorxurlar.
Sosial fobiyası olanlar ictimai yerlərdə çıxış etməkdən,auditoriya qarşısında danışmaqdan, başqaları qarşısında gülüncvəziyyətə düşməkdən qorxurlar. Utancaqlıq, alçalmaq duyğusu,başqaları tərəfindən pis qəbul olunmaqdan qorxurlar. Çox vaxtyeniyetməlikdən başlayır, bullinqə məruz qalmış şəxslərdə daha çoxolur. Əlamətləri üzün qızarması, əllərin əsməsi, tərləmə,titrəmədir.
- Spesifik fobiyalar dedikdə hansılar nəzərdə tutulur?
- Spesifik fobiyalar müəyyən bir vəziyyətə, obyektə və yafəaliyyətə həddindən artıq qorxu və narahatlıqla reaksiyaverməkdir. Spesifik fobiyalar heyvan (it, pişik, hörümçək, siçan,ilan və s.), təbii mühit (yüksəklik – akrofobiya, su – hidrofobiya)və tibbi fobiyalar (qan – hemofobiya, iynə, həkim və ya diş həkimiqorxusu) kateqoriyalarına bölünür.
- Fobiyanın müalicəsi varmı?
- Bəli, fobiyalar müalicə oluna bilər. Müalicə həm dərmanla, həmdə psixoterapiya ilə aparılır. Təkcə dərman effektiv nəticə vermir– ən yaxşı nəticə hər iki üsulun birgə tətbiqində əldə olunur.
- Uşaqlarda və böyüklərdə fobiyalar özünü necə büruzə verir vəaradan qaldırmaq üçün hansı üsullardan istifadə olunur?
- Uşaqlarda valideynlərin tərbiyə üsulundan çox şey asılıdır.Həddindən artıq qayğı, qəddarlıq və ya diqqətsizlik fobiyaya səbəbola bilər. Məsələn, “Heyvanlara əl dəymə, infeksiya keçər,dişləyər” kimi ifadələr uşaqda heyvan fobiyası yarada bilər. Pisqiymətə həddindən artıq mənfi reaksiya məktəb fobiyasına səbəbolur. Qorxunc filmlər, qan səhnələri də təsir edir.
Uşaqlarda koqnitiv-davranış terapiyası ilə yanaşı qum terapiyasıvə nağıl terapiyası effektivdir.
Böyüklərdə əsas üsul psixoterapiyadır. Koqnitiv-davranış,geştalt terapiya, relaksasiya, autotreninq. Müalicə fərdi seçilir.Əsas məqsəd – pasiyenti fobiyası ilə üz-üzə gətirmək, qorxusu iləüzləşməsini təmin etməkdir.
- Bu gün daha çox müşahidə edilən fobiyalar hansılardır?
- Bütün yuxarıda qeyd etdiklərimizə tez-tez rast gəlinir. Bundanəlavə, obezofobiya (kökəlməkdən qorxma), ablutofobiya (yuyunmaqdanqorxma), agirofobiya (piyada keçidlərindən qorxma), anatidaefobiya(ördəklərdən və onların təqibindən qorxma) kimi maraqlı növlər dəvar. Bunlar çox vaxt travma nəticəsində yaranır.
- Uşağında fobiyası olan valideynlərə hansı məsləhətləriverərdiniz?
- Əvvəlcə fobiyanın nə vaxt və hansı hadisədən başladığınıdüşünün. Səbəbi tapın, çünki fobiyanın altında yatan səbəb var.Uşağı qınamayın, anlamağa çalışın. Qorxu yaradan vəziyyətlətədricən üz-üzə gətirin: məlumat verin, şəkillər göstərin, özünüztoxunun, sonra uşağın toxunmasına kömək edin. Sadə tapşırıqlardanbaşlayın. Effektiv ünsiyyət və psixoterapiya ilə uşağınız fobiyadanqurtula bilər.