AZ

Prezidentdən məmurlara ciddi siqnal





"Cənab Prezidentin müsahibəsini geniş kontekstdə dəyərləndirsək, belə bir qənatə gələrik ki, bu çıxış təkcə idarəetmənin səmərəliliyinin artırılması haqqında deyil, həm də məmurlar və yerli icra orqanlarının reputasiyasının qorunması və gücləndirilməsi ilə bağlıdır. Dövlət başçısı buna nail olmaq üçün məmur aparatının daha çevik, sadə və vətəndaş yönümlü olması vacibliyini bir daha vurğulamaqla olduqca ciddi ismarışlar verib".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Jalə Həsənova səsləndirib. Onun sözlərinə görə, müsahibə zamanı Prezident bir daha vurğulayıb ki, cəmiyyətdəki problemlərə, məmurlar tərəfindən sui-istifadəyə və özbaşınalığa vaxt itirmədən reaksiya verilməlidir:

"Dövlət başçısı qeyd edib ki, son illərdə xalqın ali milli məqsədlər ətrafında birləşdiyi bir dövrdə, rəsmi şəxslərin qeyri-effektiv fəaliyyəti və ya özbaşınalığı dözülməzdir və buna qarşı daha sərt münasibət olmalıdır".

Hakim partiya təmsilçisi qeyd edib ki, Prezident İlham Əliyevin sözügedən çıxışında yer alan hər detal Azərbaycanın post‑müharibə inkişaf strategiyası və idarəetmədə modern yanaşmanın tətbiqi ilə üst‑üstə düşür.

Süleyman
Seçilən
24
1
newscenter.az

2Mənbələr