ABŞ prezidenti Donald Tramp özünün yeni bir titul götürdüyü ekran görüntüsünü paylaşıb: Venesuelanın fəaliyyətdə olan lideri.
Modern.az xəbər verir ki, siyasətçi bu paylaşımı yanvarın 11-də Truth Social sosial şəbəkəsində edib.
"Donald Tramp. Venesuelanın fəaliyyətdə olan prezidenti", - deyə yumoristik paylaşımda bildirilir.
İddialara görə, Amerika lideri bu vəzifəni 2026-cı ilin yanvarında tutub, baxmayaraq ki, konkret tarix göstərilməyib.