Azərbaycanın "yaşıl enerji"yə keçidi Niderlandla ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açır.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Haaqada ekspertlərlə görüşündə bildirib.
"Bu, (yaşıl enerji - red.) Niderlandla Azərbaycan arasında ikitərəfli iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilə biləcəyi sahələrdən biridir. Çünki Niderland qabaqcıl texnologiyalar, eləcə də nou-haularla bu sahədə liderlərdən biridir və biz bu sahədə tərəfdaşlığımızı genişləndirən bir ölkəyik", - "JASON Institute for Peace and Security Studies" E.Əmirbəyovun sözlərini sitat gətirib.
Ekspertlərlə söhbət zamanı Prezidentin xüsusi nümayəndəsi, həmçinin rəsmi Bakının xarici siyasət prioritetlərinə toxunub, xüsusilə Azərbaycanın Mərkəzi Asiya regionu ilə ittifaqının əhəmiyyətini vurğulayıb: