AZ

Müdafiə Nazirliyi məlumat yaydı

12-16 yanvar tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

 

Bu barədə  Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

 

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Tarix: 12 Yanvar 2026, 10:01   
Seçilən
21
13
pravda.az

10Mənbələr