AZ

"Mançester Yunayted"in "sükanı arxası"na o keçəcək

BAKI, 12 yanvar. TELEQRAF

“Mançester Yunayted”in sabiq futbolçusu Maykl Kerrik yaxın zamanda klubun müvəqqəti baş məşqçisi postuna təyin olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial şəbəkə hesabında məlumat yayıb.

44 yaşlı mütəxəssis hazırkı müvəqqəti baş məşqçi Darren Fletçeri əvəzləyəcək.

Bildirilir ki, “Mançester Yunayted” yeni baş məşqçinin adını bu həftə açıqlayacaq. Daha əvvəl “qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçi postuna norveçli mütəxəssis Ule-Qunnar Sulşerin də namizəd olduğu qeyd edilirdi.

Qeyd edək ki,Maykl Kerrik2006 - 2018-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Klub yanvarın 5-də sabiq baş məşqçi Ruben Amorimləı yolları ayırıb.

Seçilən
67
teleqraf.com

1Mənbələr