AZ

Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək

Bakı. Trend:

“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, bu ildənAzərbaycanda “üfüqi monitorinq”in tətbiqinə start verildi. Yenimonitorinq vergi risklərini vergi orqanına əvvəlcədən açıqlamaqimkanı yaradır. Bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarınınkeçirilməsi yalnız istisna hallarda mümkün olacaq.

Trend xəbərverir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındayazıb.

Millət vəklili bildirib ki, praktik olaraq, yeni qaydalar səyyaryoxlamaların sayını daha da minimumlaşdıracaq:

“Bütövlükdə, son illər səyyar yoxlamaların sayının azalmasımüşahidə olunur. Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergiödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb.Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29 %, 2018-ci ilənisbətən isə 5 dəfə azalıb”.

Deputat vurğulayıb ki, yeni monitorinqdə vacib məqamlardan biridə bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır:

“Yeni dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanınaaçıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnızaçıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə - 25 %maliyyə sanksiyası tətbiqi nəzərdə tutulur”.

B.Bayramov əlavə edib ki, vergi orqanı “üfüqi monitorinq”inəhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektronformada izləyəcək.

“Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmiilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının vəkorporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək “üfüqimonitorinq” iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanıazalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçimininverilməsi də nəzərdə tutulur.

Avtomatlaşdırılmış uçotu aparan və daxili nəzarət sisteminintətbiq edən orta və iri sahibkarlar “üfüqi monitorinq”ə qoşulabilərlər. Bu həmçinin orta və iri ödəyicilərlə vergi orqanlarıarasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur”, -deyə o qeyd edib.

Seçilən
122
27
az.trend.az

10Mənbələr