Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 1 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.