AZ

Azərbaycanda bərpaolunan enerjiyə keçid təkmil və uzaqgörən strategiyaya əsaslanır

Bakı. Trend:

Bərpaolunan enerjiyə keçid və istilik effekti yaradan qazemissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması bugün respublikamızın innovativ inkişaf məqsədlərindən biridir. Buməqsəd “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair MilliPrioritetlər” sənədində öz əksini tapıb. Bir neçə gün öncə 240meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasınınistifadəyə verilməsi ölkəmizdə bu sahədə qarşıya qoyulanvəzifələrin uğurla icra olunduğunu nümayiş etdirdi.

Ümumiyyətlə, respublikamızda elektrik enerjisi sistemininmodernləşdirilməsi və yeni generasiya güclərinin yaradılması hərzaman xüsusi diqqət mərkəzində saxlanılan əsas məsələlərdənbiridir. Xüsusən son 20 il yeni elektrik stansiyalarının inşası,mövcud stansiyaların əsaslı şəkildə yenidən qurulması və ölkəmizinhər yerində elektrik enerjisi ilə təchizatın dayanıqlılığının dahada gücləndirilməsi ilə əlamətdardır. Bu baxımdan respublikamızınyüksəlişinin əsas xüsusiyyətlərindən biri generasiya güclərininəhəmiyyətli dərəcədə artırılmasıdır. Hazırda ölkəmizin ümumielektrik enerjisi istehsalı gücü 10 min meqavata bərabərdir. CənabPrezident İlham Əliyev “Xızı-Abşeron” KES-in açılış mərasimindəkinitqində bunu tarixi rekord adlandırdı. Xatırladım ki, 2025-ci iliniyun ayında istifadəyə verilən 1880 meqavat gücündə “8 Noyabr”Elektrik Stansiyası müstəqillik dövrünün ən böyük elektrikstansiyası olmaqla, Azərbaycanın enerji təhlükəsizliyini daha dagücləndirdi, bu sahədə ixrac potensialımızı bir qədər dəartırdı.

Azərbaycanın elektroenergetika siyasətinin əsas özəlliklərindənbiri də bu sahədəki müasir çağırışları vaxtında və düzgündəyərləndirməsidir. Qlobal çağırışlar isə elektrik enerjisininistehsalında və istehlakında bərpaolunan enerjiyətransformasiyadır. Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerjiilə bağlı böyük potensialı var. Azərbaycanda yalnız dənizdə küləkenerjisinin potensialı 157 qiqavatdır, quruda isə külək və günəşenerjisinin potensialı 27 qiqavatdır. Bunlarla yanaşı,respublikamızda «yaşıl hidrogen» potensialı da olduqca böyükdür,torpaqlarımızın işğaldan azad edilməsi isə bu imkanı daha daartırıb. Azərbaycanın son illərdəki inkişaf reallıqlarından biri dəondan ibarətdir ki, respublikamız bu potensialdan səmərəli istifadəedərək, bərpaolunan enerjiyə sürətli keçid edir. Məsələn, Vətənmüharibəsinin başa çatmasından ötən dövr ərzində «yaşıl enerji»zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaitihesabına ümumi potensialı 300 meqavatdan çox olan 40-a yaxın kiçiksu elektrik stansiyası inşa olunub. Lakin bu son deyil və Prezidentİlham Əliyev “Xızı-Abşeron” KES-in açılış mərasimində bildirdi ki,işğaldan azad edilmiş ərazilərin potensial su elektrikstansiyalarının xəritəsi də tərtib edilib və bu bölgədə təqribən500-600 meqavat gücündə kiçik su elektrik stansiyaları inşaolunacaq.

Eyni zamanda son illərdə bərpaolunan enerjiyə keçidlə bağlı birneçə nəhəng layihənin də icrasına başlanılıb. Bunlardan biri2022-ci ilin martında təməli qoyulan, Birləşmiş Ərəb Əmirliklərinin“Masdar” şirkəti tərəfindən inşa edilən və 2023-cü ilin oktyabrayında açılışı olan 230 meqavat gücündə "Qaradağ" Günəş ElektrikStansiyasıdır. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəşelektrik stansiyasıdır. "Qaradağ" GES həm də ölkəmizdə xariciinvestisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəşelektrik stansiyasıdır. Burada hər il 500 milyon kilovat-saatelektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmindətəbii qaza qənaət ediləcək, o cümlədən, atmosferə atılan karbonemissiyası 200 min ton azaldılacaq.

Yanvarın 8-də açılışı olan 240 meqavat gücündə “Xızı-Abşeron”KES-in təməli 4 il əvvəl, 2022-ci ilin yanvarında qoyulmuşdu.Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindəninşa edilən bu layihənin icrasına təxminən 340 milyon ABŞ dollarıxarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalıhəcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun danəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400min tondan çox karbon qazının atmosferə atılmasının qarşısıalınacaq. Beləliklə, “Xızı-Abşeron” KES-in istifadəyə verilməsi həmdə onu göstərir ki, respublikamız istilik effekti yaradan qazemissiyasının azaldılması ilə bağlı qarşısına qoyduğu məqsədlərə vəqlobal çağırışlara sadiqdir.

Azərbaycanda inşa edilən bu elektrik stansiyaları həm dədövlət-özəl əməkdaşlığının ən gözəl nümunələrindən biridir. Xaricişirkətlərin Azərbaycanın elektrik enerjisi sektoruna sərmayəyatırmaları respublikamızdakı əlverişli biznes mühitindən xəbərverir. “Xızı-Abşeron” KES “ACWA Power” şirkəti tərəfindənAzərbaycanda inşa edilən birinci bərpaolunan elektrikstansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planlarıvar və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Ölkəmizdəilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılmasılayihəsini də investor kimi bu şirkət icra edəcək.

Hazırda bərpaolunan generasiya güclərinin yaradılmasıistiqamətində işlərin bundan sonra da davam etdirilməsi diqqətmərkəzindədir. 2024-cü ilin sonlarında Cəbrayıl rayonunda 240meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının təməli qoyulub.Eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, növbətiböyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda,işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Ümumilikdə isəimzalanan kontraktlar əsasında respublikamızda 2030-cu ilə qədər 6,2032-ci ilə qədər isə 8 qiqavat gücündə külək və Günəş elektrikstansiyaları inşa ediləcək. Bura su elektrik stansiyalarının dapotensialını əlavə etsək, bərpaolunan mənbələr üzrə əldə olunanelektrik enerjisinin həcmi bundan da artıq olacaq.

Azərbaycanın bərpaolunan və «yaşıl» generasiya gücləri ilə bağlıplanları yalnız elektrik stansiyalarının inşası ilə yekunlaşmır.Qarşıda dayanan əsas vəzifələrdən biri də əldə olunan bu enerjinisaxlamaqdır. Bu barədə danışan Prezident İlham Əliyev bildirdi ki,bununla əlaqədar olaraq respublikamızda tarixdə ilk dəfə olaraqBatareya Enerji Saxlanc Sistemi də yaradılır. Batareya EnerjiSaxlanc Sisteminin yaradılması onu göstərir ki, gələcəyə baxandövlət olaraq Azərbaycanın bərpaolunan generasiya güclərininyaradılması ilə bağlı planları stratejidir.

Bütövlükdə, “Xızı-Abşeron” KES-in açılışı Azərbaycanınelektroenergetika sisteminin növbəti uğurlu hadisəsidir. Bustansiyanın istifadəyə verilməsi təsdiq edir ki, respublikamızdabərpaolunan enerjiyə keçid sürətli və çoxməzmunludur. Aparılantəhlillər göstərir ki, Azərbaycan özünün enerji imkanlarını təkmilvə uzaqgörən strategiya əsasında inkişaf etdirir. Bu strategiya isərespublikamızın qlobal enerji təhlükəsizliyindəki rolunu vəiştirakını daha da gücləndirir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
40
4
az.trend.az

5Mənbələr