AZ

Meta 28 milyon avro cərimələnə bilər

Amerikalı texnologiya nəhəngi “Meta, Avstraliyanı 16 yaşdan kiçiklər üçün sosial mediaya qoyulan qadağanı yenidən nəzərdən keçirməyə çağırıb və yeni qanuna əsasən 544 mindən çox hesabı blokladığını qeyd edib. Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, 10 dekabrdan etibarən texnologiya nəhəngləri “Facebook” və “Instagram” (ana şirkəti Meta), eləcə də “YouTube”, “TikTok”, “Snapchat” və “Reddit”dən dünyada ilk dəfə olaraq 16 yaşdan kiçik Avstraliya istifadəçilərini qadağan etmək tələb olunub. Bundan “Kick” və “Twitch” yayım platformaları, eləcə də “Threads” və “X” sosial şəbəkələri də təsirlənib.

Şirkətlər qanuna riayət etmək üçün ağlabatan addımlar atmazlarsa, 49,5 milyon Avstraliya dolları (28 milyon avro) məbləğində cərimə ilə üzləşəcəklər .

Milyarder Mark Zukerberqə məxsus “Meta” şirkəti, 11 dekabrdan əvvəlki həftə ərzində yetkinlik yaşına çatmayanlara məxsus 331 min hesabı “İnstagram”da, 173 min hesabı “Facebook”da və 40 min hesabı “Thread”da sildiyini və qanuna riayət etmək istədiyinə əmin olduğunu bildirib.

“Meta” açıqlamasında bildirib:

"Bununla belə, biz Avstraliya hökumətini daha yaxşı bir həll yolu tapmaq üçün sənaye ilə konstruktiv şəkildə işləməyə, məsələn, bütün sektoru ümumi qadağalar qoymaq əvəzinə, təhlükəsizlik, məxfilik və yaşa uyğun onlayn təcrübələr üzrə standartları artırmağa təşviq etməyə çağırırıq".

Meta onu da təklif edib ki, sosial 16 yaşdan kiçik şəxslər tətbiq yükləməzdən əvvəl platforma istifadəçilərin yaşlarını yoxlamalı və valideynlərin razılığını almalıdır: “Bu, yeniyetmələrin qadağanı aşmaq üçün daha yeni, daha az tənzimlənən tətbiqlərə müraciət etməsinin qarşısını almağın yeganə yoludur”.

Aydın Baxış

Seçilən
19
1
bakivaxti.az

2Mənbələr