"Barselona"nın yarımmüdafiəçisi Pedri komandasının İspaniya Super Kubokunun finalında "Real Madrid" üzərindəki qələbəni (3:2) şərh edib.
Fanat.Az xəbər verir ki, "Barca Universal" Pedrinin oyundan sonra mediaya açıqlamasını belə təqdim edib:
"Real Madrid" geri çəkilib əks-hücum edəndə özünü rahat hiss edir. Amma biz onların arxada bu qədər oturacağını, bu qədər zəif müdafiə olunacağını gözləmirdik. İkinci hissədə vəziyyəti nəzarətdə saxladıq və Rafinyanın qolu sayəsində istədiyimizi əldə etdik".
Rafinya prinsipial görüşdə iki qol vuraraq "El Klasiko"nun qəhrəmanı olub. İlk hissənin sonlarında fərqlının Robert Levandovskiyə məhsuldar ötürməni Pedri verib.
Qeyd edək ki, "Barselona" ötən mövsümün əvvəlindən bəri dörd kubokun hamısını qazanıb.