Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İspaniya çempionu “Barselona” ölkə Super Kubokunun qalibi olub.
Yeniavaz.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən finalda almaniyalı Hans-Diter Flikin rəhbərlik etdiyi komanda “Real Madrid”i 3-2 hesabı ilə məğlub edib.
Kataloniya klubunun braziliyalı hücumçusu Rafinya dubl edib. Polşalı hücumçu Robert Levandovski də fərqlənib.
“Real Madrid”in qollarını isə braziliyalı hücumçu Vinisius Junior və ispan hücumçu Qonsalo Qarsiya vurub.
Qeyd edək ki, “Barselona” İspaniya Super Kubokunu 16-cı dəfə qazanıb və rekord qırıb. Ötənilki finalda “Barselona” “Real Madrid”i 5-2 hesabı ilə məğlub etmişdi. Rafinya həmin oyunda da iki qol vurmuşdu.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.